Azərbaycanda vaksin vurulan şəxslərə pasport veriləcək

   Azərbaycanda vaksin vurulan şəxslərə pasport veriləcək
  18 Yanvar 2021    Oxunub:1730
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya aparılan şəxslərlə əlaqədar pasportlaşdırma aparılacaq.
Azvision.az xəbər verir ki, bu bu barədə Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda qeyd olunub.

Pasportlaşdırma yekun tövsiyələrə əsasən peyvənd olunmuş şəxslərin cari qeydiyyatı və müşahidəsi üçün müəyyən pasportlaşdırma ehtiyaclarının qarşılanmasıdır. Sənədə əsasən, pasportlaşdırma vaksinasiyanın tətbiq edilməsi üçün tələb olunan 4 mütləq texniki şərtdən biridir.

Azvision.az


Teqlər: Vaksin   Pasport  





Xəbər lenti