Qarabağda 551 hektar ərazi minalardan təmizlənib

 Qarabağda 551 hektar ərazi minalardan təmizlənib
  18 Yanvar 2021    Oxunub:1198
23 noyabr 2020-ci il tarixindən indiyədək Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri Qarabağda təxminən 551 hektar ərazini minalardan təmizləyib, 23,7 mindən çox partlayıcı qurğunu zərərsizləşdirib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi işlərini davam etdirir. Ağdərə şəhərinin minalarının təmizlənməsində rusiyalı sülhməramlılar müasir "Uran-6" robot sistemlərindən və mina aşkarlama xidmətinin itlərindən istifadə edirlər", - deyə məlumatda vurğulanıb.

Qeyd edilib ki, əməliyyat zamanı 551 hektardan çox ərazi, 205,3 km yolu, 25 sosial əhəmiyyətli obyekt daxil olmaqla 783 yaşayış binası təmizlənib, 23,7 mindən çox partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti