Bayden adminstrasiyasında daha bir erməni vəzifə aldı

 Bayden adminstrasiyasında daha bir erməni vəzifə aldı
  18 Yanvar 2021    Oxunub:1659
ABŞ-ın yeni seçilmiş Prezidenti Cozef Baydenin administrasiyasında erməni əsilli Ceff Marutyan da təmsil olunacaq.
Azvision.az xəbər verir ki, bu barədə “Washington Post” nəşri yazıb.

Hazırda o, Kolumbiya dairəsində Nəqliyyat departamentinin rəhbəri vəzifəsində çalışır.

Marutyan İqlim və Elm Agentliyində prezidentin xüsusi köməkçisi olacaq. Daha əvvəl Marutyan Baydenin keçid komandasında fəaliyyət göstərib. Barak Obama administrasiyasında isə Nəqliyyat Nazirliyində işləyib.

Xatırladaq ki, bundan öncə Ayk Hacınazaryan da Ağ Evin regional rabitə şöbəsinin müdiri təyin edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CozefBayden  





Xəbər lenti