Bu gündən Azərbaycanda vaksinasiya başlayır

 Bu gündən Azərbaycanda vaksinasiya başlayır
  18 Yanvar 2021    Oxunub:2062
Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın birinci mərhələsi başlayır.
Azvision.az xəbər verir ki, ikinci mərhələyə fevralın 1-dən start veriləcək.

Ölkəmizdə peyvəndləmə dövlət hesabına könüllü həyata keçiriləcək. Bu məqsədlə 4 milyon doza “Sinovac” peyvəndinin alınması nəzərdə tutulub. “Sinovac” şirkətinin istehsalı olan “CoronaVac” vaksini 91.25 faiz effektivdir.

Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli əhali qrupları və vaksinasiya mərhələləri müvafiq olaraq aşağıdakı kimidir:

1-ci mərhələ

- Səhiyyə işçiləri;

- 65 yaşdan yuxarı şəxslər;

- Hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət;

2-ci mərhələ

- Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar);

- 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər;

- Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

- Yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan - milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər.

Azvision.az


Teqlər: Vaksin   Koronavirus  





Xəbər lenti