İndoneziyada 96 nəfər təbii fəlakətin qurbanı oldu

İndoneziyada 96 nəfər təbii fəlakətin qurbanı oldu
  18 Yanvar 2021    Oxunub:1163
İndoneziyanın Qərbi Sulavesi və Cənubi Kalimantan əyalətlərində baş vermiş zəlzələ və daşqınlar nəticəsində ölənlərin sayı 96 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə “Sinhua” agentliyi məlumat yayıb.

Təxminən 70 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Məlumata görə, Qərbi Sulavesi əyalətində baş verən 6,2 bal gücündə zəlzələ nəticəsində ümumilikdə 81 nəfər ölüb, daha 15 nəfər isə Cənubi Kalimantandakı daşqınlar səbəbindən həyatını itirib.

Qərbi Sulavesidə zəlzələ 1000-dən çox yaşayış binasını dağıdıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İndoneziya  





Xəbər lenti