Bir gündə 683 mindən çox yoluxma qeydə alındı

  18 Yanvar 2021    Oxunub : 739
Bir gündə 683 mindən çox yoluxma qeydə alındı
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 95 milyon 484 min 666 nəfərə çatıb.
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 39 min 695 nəfərdir. İndiyədək 68 milyon 70 min 260 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumata görə, ötən sutka ərzində 683 378 nəfər koronavirusa yoluxub, 12 893 pasiyent isə dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Azvision.az

Teqlər: Koronavirus   Statistika