Trampın reytinqi kəskin azaldı

Trampın reytinqi kəskin azaldı
  18 Yanvar 2021    Oxunub:1360
ABŞ-ın hazırkı prezidenti Donald Trampın reytinqi ən aşağı həddə düşərək antirekordu yeniləyib.
Azvision.az xəbər verir ki, "Pew Research Center"in apardığı sorğunun nəticələrinə əsasən, Trampın fəaliyyətini respondentlərin yalnız 29 faizi dəstəkləyir. Ötən ilin avqust ayında bu göstərici 38 faiz idi.

Bundan əlavə, Trampın Respublikaçılar partiyasının tərəfdarları arasında da reytinqi 60 faizə qədər düşüb.

Qeyd edək ki, bu ilin yanvarın 20-də Donald Trampın prezidentlik müddəti başa çatacaq.

Azvision.az


Teqlər: Tramp  





Xəbər lenti