SMS icazə ləğv olundu

  SMS icazə ləğv olundu
  18 Yanvar 2021    Oxunub:3684
Azərbaycanda SMS icazə sistemi ləğv olunub.
Azvision.az xəbər verir ki, ölkəmizdə xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan yanvarın 18-dən sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin yumşaldılması qərara alınıb.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, bu gündən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv edilib.

Azvision.az


Teqlər: SMS   İcazə  





Xəbər lenti