Bayden ilk xarici səfərini bu ölkəyə edəcək

Bayden ilk xarici səfərini bu ölkəyə edəcək
  18 Yanvar 2021    Oxunub:1350
ABŞ-ın yeni prezidenti Cozef Bayden andiçmə mərasimindən sonra ilk səfərini Böyük Britaniyaya edə bilər.
Azvision.az xəbər verir ki, bu barədə “Deyli Teleqraf” məlumat yayıb.

İddia edilir ki, Bayden Britaniyada keçiriləcək Böyük yeddiliyin (G7) sammitində iştirak edəcək.

Nəşrin yazdığına görə, əvvəllər “Brexit” haqqında mənfi danışan Bayden, Britaniya rəsmiləri ilə fikir ayrılıqlarını aradan qaldırmaq və ikitərəfli əməkdaşlığı gücləndirmək niyyətindədir.

Azvision.az


Teqlər: Bayden  





Xəbər lenti