Müdafiə Nazirliyi: Bölgələrdə səyyar qruplar işə başlayır
Vətəndaşlarımızın rahatlığını təmin etmək, komissiyaya gəlmədən müraciətlərin qeydə alınmasını həyata keçirmək və sorğuların cavablandırılması məqsədilə müvafiq istiqamətlər üzrə “Qaynar xətt” telefon nömrələri Bakı (012) 404-76-34 və (050) 873-21-85, Gəncə (050) 758-27-34, Füzuli (050) 706-70-07 və Pirəkəşküldə (050) 653-16-39 fəaliyyət göstərəcək.
Eyni zamanda bildirilib ki, hazırda fəaliyyət göstərən komissiya “Müharibə veteranı” adının və müvafiq veteran vəsiqəsinin verilməsi ilə bağlı müraciətlərə baxmaq səlahiyyətində deyil. Vətəndaşlardan xahiş olunur ki, bu məsələ ilə əlaqədar komissiyaya müraciət etməsinlər.
Azvision.az
Teqlər: Müdafiə-Nazirliyi