İsraildə etiraz aksiyası: Baş nazirin istefası tələb edilir

  İsraildə etiraz aksiyası:  Baş nazirin istefası tələb edilir
  17 Yanvar 2021    Oxunub:2222
İsraildə Baş nazir Binyamin Netanyahunun istefası tələbilə yenidən genişmiqyaslı etiraz aksiyaları keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə "Haaretz" qəzeti məlumat yayıb.

Bildirilir ki, minlərlə vətəndaş ölkənin müxtəlif şəhərlərində yolları bağlayıb. Aksiya hökumət başçısının Qərbi Qüdsdəki iqamətgahı qarşısında davam edib. Etirazçılar “Netanyahu böyük fırıldaqçıdır” yazılmış plakatlarla yürüş ediblər.

Qeyd edək ki, İsraildə hökumət əleyhinə etirazlar 30 həftədir davam edir. Netanyahu koronavirusa qarşı mübarizə tədbirlərinin həyata keçirilməməsi ilə yanaşı ölkədə iqtisadi və sosial vəziyyətin pisləşməsində günahlandırılır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İsrail   Başnazir  





Xəbər lenti