Ukraynada daha 5990 nəfər koronavirusa yoluxdu

Ukraynada daha 5990 nəfər koronavirusa yoluxdu
  17 Yanvar 2021    Oxunub:1388
Ukraynada son sutka ərzində 5990 nəfər COVID-19 virusuna yoluxub, 2131 pasiyent xəstəxanaya yerləşdirilib, 116 nəfər xəstəlikdən ölüb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu günədək Ukraynada 1 milyon 160 min 682 yoluxma faktı qeydə alınıb. 865 min 960 xəstə müalicə olunaraq sağalıb. Pandemiya qurbanlarının ümumi sayı 20 min 984 nəfərə çatıb.

Azvision.az


Teqlər: Ukrayna   Koronavirus  





Xəbər lenti