Baydenin vədindən sonra miqrantlar ABŞ-a axın edir
Mindən çox miqrant Trampın prezidentliyi dövründən fərqli olaraq, ABŞ-da xoş qarşılanmağa ümid etdiklərini bildirib.
Dekabr ayında Cozef Bayden ABŞ lideri Donald Tramp tərəfindən miqrantlara qoyulan məhdudiyyətləri ləğv edəcəyinə söz verib. O, "humanitar fəlakəti" aradan qaldırmaq üçün lazımi addımlar atacağını deyib.
Yeni prezident, həmçinin ABŞ-da sığınacaq axtaranlarla sürətli iş üçün fürsətlər yaratmaq və eyni zamanda koronavirus pandemiyası fonunda böhrandan çıxmaq niyyətində olduğunu qeyd edib.
Azvision.az