Ermənistanda 2992 nəfər COVID-19-dan ölüb

  17 Yanvar 2021    Oxunub : 1385
Ermənistanda 2992 nəfər COVID-19-dan ölüb
Ermənistanda son sutka ərzində daha 351 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 164 586 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 5 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 2992-yə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 729 nəfərdir.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Ermənistan   virus