Dağıstanlı redaktor ölkəmizə buraxılmadı

Dağıstanlı redaktor ölkəmizə buraxılmadı
  26 Mart 2013    Oxunub:828
Azərbaycana səfərindən əvvəl o, Ermənistanda olub.
Həftəlik “Hazırki vaxt” qəzetinin baş redaktoru Milrad Fətullayev, sərhəd xidməti əməkdaşlarının onu aeroportdan Bakıya buraxmadıqlarını bildirib.

“ Səhər saat 3-dən sərhəd nəzarət məntəqəsindəyəm, lakin məni şəhərə buraxmırlar. Mənə gözləməyimi bildirdilər. Növbə rəisi isə deyir ki, bu mənim problemimdir”-deyə Fətullayev Rusiya mətbuatına bildirib.

Milard Fətullayev aeroportda saxlanılmasının əsas səbəbini bir müddət əvvəl Ermənistana səfəri ilə əlaqələndirir. “ Zənnimcə , xarici pasportumda Ermənistana səfərimlə bağlı qeyd Azərbaycan sərhədçilərini şübhəyə salıb. Lakin mənim səfərim işgüzar xarakter daşıyıb.”

AzVision.az


Teqlər:  





Xəbər lenti