Hərbçilərimiz ağır qəzaya düşdü: ölənlər var

Hərbçilərimiz ağır qəzaya düşdü: ölənlər var
  26 Mart 2013    Oxunub:1375
Martın 25-də Ağcabədi rayonunda dəhşətli yol qəzası baş verib.
1992-ci il təvəllüdlü Qabilov İsmət Vidadi oğlu idarə etdiyi “Mercedes C Klass” markalı avtomobillə 2 nəfəri vurub.

AzVision.az lent.az-a istinadən xəbər verir ki, məlumata görə, İ.Qabilov idarə etdiyi avtomobillə Ağcabədi şəhərindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı avto-yuma məntəqəsinin qarşısında Mehrablı kənd sakini, 1976-cı il təvəllüdlü Muradov Füzuli Məmməd oğlunu və Aran kənd sakini 1980-ci il təvəllüdlü Şərifov Ruslan Əli oğlunu vurub.
Hər iki piyada hadisə yerindəcə keçinib.

Yüksək sürətlə hərəkət edən avtomobil daha sonra divara çırpılıb.

Sürücü ilə yanaşı maşında olan 1992-ci il təvəllüdlü Şəfiyev Rəmzi Arzuman oğlu ağır bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Verilən məlumata görə, hadisəni törətmiş İ.Qabilov və onun sərnişini R.Şəfiyev Azərbaycan ordusunun hərbçiləri, gizirlərdir.

Qəza nəticəsində ölən şəxslər isə həmin avto-yuma məntəqəsində maşınlarını yudurdan şəxslərdir.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır.



Teqlər:





Xəbər lenti