Xanım məmurlar YAP-da toplandı

Xanım məmurlar YAP-da toplandı
  14 Fevral 2014    Oxunub:1649
Bu gün Yeni Azərbaycan Partiyasının Ailə, qadın məsələləri komissiyasının iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, komissiyanın sədri, YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva əvvəlcə iclasın gündəliyi haqqında məlumat verib.

N.Əliyeva bildirib ki, YAP-ın Ailə, qadın məsələləri komissiyanın 2014-cü il üçün fəaliyyət planında bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Bu tədbirlər sırasına «Qadınların əmək hüquqları» mövusunda dəyirmi masa, «Yaşlı nəslin təcrübəsindən faydalanaq», «Kənd və rayon yerlərində qadınların ictimai-siyasi fəallığının artırılması» və «Sosial şəbəkələr və milli-mənəvi dəyərlərimiz» mövzularında konfransların keçirilməsi daxildir.

Müzakirələr zamanı komissiyanın üzvləri fəaliyyət planı ilə bağlı fikir və təkliflərini bildiriblər. Sonda YAP-ın Ailə, qadın məsələləri komissiyanın 2014-cü il üçün fəaliyyət planı təsdiq olunub.

Qeyd edək ki, komissiyaya YAP Siyasi Şurasının üzvləri-Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi - Prezidentin köməkçisi Dilarə Seyidzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, komitənin sədr müavinləri Sədaqət Qəhrəmanova və Aynur Sofiyeva, Azərbaycan Prezidenti Administrasiyasının bölmə müdiri Qafar Əliyev daxildir.

AzVision.az


Teqlər:





Xəbər lenti