Prezidentlər bəyanat verdi- YENİLƏNİB

Prezidentlər bəyanat verdi- YENİLƏNİB
  12 Fevral 2014    Oxunub:1020
Fevralın 12-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili mətbuata bəyanatlarla çıxış ediblər.

***
Bu gün rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan prezidenti Georgi Marqvelaşvili arasında təkbətək görüş keçirilib.

AzVision.az-ın məlumatına görə, görüşdə Azərbaycan və Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq bildirilib, iki ölkə arasındakı əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Qeyd edək ki, Gürcüstan prezidenti G.Marqvelaşvilinin bu gün Bakıya rəsmi səfəri başlayıb. Onun bu səfərinin sabah bitəcəyi gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti