Deputat İTV-dən qovulan aparıcını müdafiə etdi

Deputat İTV-dən qovulan aparıcını müdafiə etdi
  12 Fevral 2014    Oxunub:1532
“Azərbaycanda ondan daha bərbad geyim formasında efirə çıxanlar var. Onu dərhal işdən çıxarmalısınız?”
AzVision.az xəbər verir ki, milət vəkili Fazil Mustafa İctimai Televiziya "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanovanın işdən çıxarılmasına münasibət bildirərkən deyib.

O, vurğulayıb ki, həmin qadının işdən çıxarılması ilə bağlı qərarın bu cür təqdim olunması təqdirolunmazdır.

“Başqasının həyatına bu cür müdaxilə etmək olmaz. Bunu edənlər düşünməlidir ki, bu cür hadisələr sabah öz başlarına da gələ bilər”.

Qeyd edək ki, İctimai Televiziya "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanova ilə yollarını ayırıb. Buna səbəb Leyla Aslanovanın geyiminin sosial şəbəkələrdə və xəbər portallarında ən çox müzakirə olunan mövzulardan birinə çevrilməsi olub.

Mirvari Nəcəf



Teqlər:  





Xəbər lenti