`Kupça`nı da ASAN verəcək

`Kupça`nı da ASAN verəcək
  12 Fevral 2014    Oxunub:726
Azərbaycan prezidenti İlham Əliyev “ASAN xidmət”in mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi haqda fərman imzalayıb.
AzVision.az-ın məlumatına görə, prezidentin bu fərmanından sonra mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların (kupça), texniki pasportların verilməsi "ASAN xidmət"ə tapşırılıb.

Fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi səlahiyyəti də verilib.

İndiyə qədər dövlət agentliyinin ilkin qeydiyyat istisna olmaqla yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi səlahiyyəti olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti