Gəncədə həmyerlisini bıçaqlayan şəxs tutulub

Gəncədə həmyerlisini bıçaqlayan şəxs tutulub
  11 Fevral 2014    Oxunub:861
Fevralın 8-də saat 01 radələrində Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü İlqar Həsənovun kəsilmiş-deşilmiş xəsarətlərlə şəhər Təcili Tibbi Yardım Stansiyasına daxil olması barədə Gəncə şəhər Baş Polis İdarəsinə daxil olmuş məlumat əsasında toplanmış material üzrə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, aparılmış istintaqla Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Elxan Hüseynovun fevralın 7-də saat 23 radələrində şəhərin N.Nərimanov və B.Əliyev küçələrinin kəsişdiyi ərazidə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı üstündə gəzdirdiyi bıçaqla İlqar Həsənovun bədəninin müxtəlif nahiyələrinə həyat üçün təhlükəli xəsarətlər yetirməsində, həmçinin hadisə yerinə kənar şəxslərin toplaşdığını görüb oradan qaçaraq onu öldürməyə yönəldilmiş əməlini iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməməsində şübhələr üçün kifayət qədər əsaslar olduğundan cinayət işi CM-in 29, 120.1-ci (qəsdən adam ödürməyə cəhd) maddəsinə tövsif olunub.

Şəhər prokurorluğu və Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Elxan Hüseynov tutulmuş və iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Nizami rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Gəncə şəhər prokurorluğunda cinayət işi üzrə istintaq davam etdirlir.

Mirvari Nəcəf




Teqlər:  





Xəbər lenti