FHN zəlzələ barədə açıqlama verdi

FHN zəlzələ barədə açıqlama verdi
  11 Fevral 2014    Oxunub:992
Fövqələda Hallar Nazirliyidən AzVision.az-a verilən məlumara görə, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 10 fevral 2014-cü il tarixində saat 16:06-da Saatlıdan 41 km şimal-şərqdə Hacıqabul rayonu ərazisində, 55 km dərinlikdə zəlzələ qeydə alınmışdır. Zəlzələ episentrdə 5,7 maqnituda (12 ballıq cədvəl üzrə 5 bal) gücündə, respublikanın əksər yaşayış məntəqələrində 5,0-3,0 bal, Bakı şəhərində isə 3 bala qədər hiss olunmuşdur. İnsan tələfatı və dağıntı yoxdur.


Teqlər:





Xəbər lenti