Dövlət sirri qorunacaq

Dövlət sirri qorunacaq
  11 Fevral 2014    Oxunub:877
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu haqda sərəncam imzalayıb.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasında dövlət sirrinin mühafizəsi sisteminin inkişafına dair 2014-2018-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Bu sərəncamla təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Milli Təhlükəsizlik Nazirliyinə həvalə olunub.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Teqlər:  





Xəbər lenti