İlham Əliyev bank rəhbərini qəbul edib

İlham Əliyev bank rəhbərini qəbul edib
  10 Fevral 2014    Oxunub:1053
Azərbaycan prezidenti İlham Əliyev “VTB” bankının prezidenti Andrey Kostini qəbul edib.
Görüşdə Azərbaycanla Rusiya arasında digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də əlaqələrin uğurla həyata keçirildiyi vurğulanıb, Azərbaycanın müvafiq qurumları ilə “VTB” bankı arasında əməkdaşlığın bu əlaqələrin daha da genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Söhbət əsnasında həmçinin ikitərəfli əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti