Metrodakı problemlə bağlı rəsmi AÇIQLAMA

Metrodakı problemlə bağlı rəsmi AÇIQLAMA
  10 Fevral 2014    Oxunub:913
Bakı Metropoliteni bu gün səhər saatlarında qatarlarda yaranan problemin səbəbini açıqlayıb. Metropolitendən AzVision.az-a verilən məlumata görə, stansiyalarda yaranan sıxlıq qatarların birində baş verən texniki nasazlıqla bağlı olub.

Metroplitendən həmçinin bildirilib ki, hal-hazırda nasazlıq aradan qaldırılıb, qatarların hərəklətində heç bir problem yoxdur:

“Metroda hər hansı ciddi bir narahatlıq yoxdur. Qatarların birində texniki nasazlıq olmuşdu. Dərhalı köməkçi qatar işə salınıb. Problem aradan qaldırılıb. Ciddi problem yoxdur. Heç bir təhlükə və hadisə qeydə alınmayıb”.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı metropolitenində qatarların hərəkətində gecikmə olub. Bir sıra stansiyalarda sərnişin sıxlığı yaranıb.

Fatimə Kərimli



Teqlər:  





Xəbər lenti