Şuşa döyüşlərinin iştirakçıları bu medalla təltif olunacaq

Şuşa döyüşlərinin iştirakçıları bu medalla təltif olunacaq
  02 Dekabr 2020    Oxunub:5021
Prezident İlham Əliyev “Şuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnaməni təsdiqləyib.
Azvision.az xəbər verir ki, “Şuşanın azad olunmasına görə” medalı ilə Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

“Şuşanın azad olunmasına görə” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Qubadlının azad olunmasına görə” medalından sonra taxılır.

Azvision.az


Teqlər: Şuşa   Medal  





Xəbər lenti