Səfirlikdə alimin qətli ilə bağlı başsağlığı kitabı açılacaq

Səfirlikdə alimin qətli ilə bağlı başsağlığı kitabı açılacaq
  01 Dekabr 2020    Oxunub:2022
İranın Bakıdakı səfirliyində bu ölkənin nüvə alimi Möhsün Fəxrizadənin qətlə yetirilməsi ilə bağlı başsağlığı kitabı açılacaq.
Azvision.az xəbər verir ki, bu barədə İran səfirliyindən məlumat verilib.

Qeyd edilib ki, başsağlığı kitabı 2 dekabr saat 14:00-dan 16:00, 3 və 4 dekabr tarixlərində saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək açıq olacaq.

Xatırladaq ki, noyabrın 27-də silahlı şəxslər Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri Möhsün Fəxrizadənin avtomobilinə hücum edib. Mühafizəçilər və silahlılar arasında baş verən atışmada Fəxrizadə yaralanıb və xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Səfirlik  





Xəbər lenti