Bakı metrosunda həyəcan yaşandı

Bakı metrosunda həyəcan yaşandı
  10 Fevral 2014    Oxunub:941
Bu gün səhər saatlarında Bakı metropolitenində qatarların hərəkətində gecikmə olub. AzVision.az-ın məlumatına görə, metronun «Dərnəgül-Həzi Aslanov» xətti boyunca qatarların hərəkətində 20-25 dəqiqə fasilə yaranıb. İlkin ehtimallara görə, gecikmə həmin istiqamətdə hərəkət edən qatarların birində nasazlığın baş verməsi ilə əlaqədardır.

Metronun 28 May stansiyasında sərnişin sıxlığı yaranıb. AzVision.az-ın əməkdaşının verdiyi məlumata görə, sıxlıq zamanı bir neçə nəfərin halı pisləşib. Əraziyə Təcili Tibbi Yardım çağırılıb. Həkimlərin müdaxiləsindən sonra sərnişinlər metrodan çıxarılıb.

Sərnişin sıxlığı metronun digər stansiyalarında da müşahidə olunur.

AzVision.az


Teqlər:  





Xəbər lenti