Rusiyada koronavirusdan ölənlərin sayı 40 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 40 mini ötüb
  01 Dekabr 2020    Oxunub:1276
Rusiyada son sutka ərzində koronavirusa 26 402 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 2 322 056 nəfərə çatıb.

Rusiyada son sutkada 569 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 40 464 nəfərdir. İndiyədək 1 803 467 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: koronavirus  





Xəbər lenti