“ASAN xidmət indeksi”: Miqrasiya Xidməti yenə birincidir
Mərkəzi icra hakimiyyəti orqanları arasında ən yüksək nəticəni 3-cü il ardıcıl olaraq Dövlət Miqrasiya Xidməti göstərib.
Qeyd edək ki, bundan əvvəl 2017-2018 və 2018-2019-cu illər üzrə qiymətləndirmə nəticələrinə əsasən “ASAN xidmət indeksi” üzrə mərkəzi icra hakimiyyəti orqanları sırasında Dövlət Miqrasiya Xidməti birinci olub.
Qiymətləndirilmənin keçirilməsində əsas məqsəd dövlət xidmətlərində keyfiyyətin, səmərəliliyin artırılması, yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.
Azvision.az