Xüsusi zolaqlara icazəsiz daxil olan sürücülər cərimələnəcək

Xüsusi zolaqlara icazəsiz daxil olan sürücülər cərimələnəcək
  01 Dekabr 2020    Oxunub:2051
Bakının Səbail rayonu, Mikayıl Hüseynov küçəsi ilə mərkəzə doğru avtobusların sərbəst hərəkəti üçün yeni ayrıcı zolaq təşkil edilib. Bu zolaqlar üzrə yalnız ictimai nəqliyyatın hərəkəti nəzərdə tutulub.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, bu zolaqda digər avtonəqliyyat vasitələrinin hərəkət etməsi avtobus sürücüləri üçün bir növ maneə yaradır.

"Yolboyu müxtəlif üsullar vasitəsilə zolağa nəzarət ediləcək. İnzibati xəta tərkibi yaradan hallar qeydə alınarsa, sürücülər məsuliyyətə cəlb edilə bilər. Avtomobil sürücüləri və sahiblərinə müraciət edirik ki, bu zolaq yalnız ictimai nəqliyyat vasitələrinin sərbəst hərəkəti üçün nəzərdə tutulur. Bu gün Bakı şəhərində bir neçə yerdə belə zolaqlar ayrılıb".

V.Əsədov bildirib ki, sözügedən zolağa yalnız hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitələri daxil olmalıdır və yaxud ərazidə xidmət aparan yol polisi əməkdaşlarından nizamlaycı qismində olarsa, onların göstərişləri əsasında zolağa daxil olmaq olar.

Aytən Zəhra
Azvision.az




Teqlər: Avtobus   Zolaq  





Xəbər lenti