Ermənistanda yoluxma sayı 136 minə çatır

Ermənistanda yoluxma sayı 136 minə çatır
  01 Dekabr 2020    Oxunub:1353
Ermənistanda son sutka ərzində daha 843 nəfər koronavirusa (COVID-19) yoluxub.
Azvision.az xəbər verir ki, bununla ölkədə virusa yoluxanların sayı 135 967-yə yüksəlib.

Son bir gündə Ermənistanda koronavirusdan daha 29 nəfər ölüb, pandemiya qurbanlarının ümumi sayı 2193-ə çatıb. Koronavirusa yoluxmuş, lakin başqa səbəbdən ölənlərin sayı 538 nəfərdir.

Hazırda Ermənistanda 22 850 aktiv koronavirus xəstəsi var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti