Paşinyan hakimləri topladı - Siyasi sifarişlər yerinə yetirilmir

Paşinyan hakimləri topladı -  Siyasi sifarişlər yerinə yetirilmir
  01 Dekabr 2020    Oxunub:1517
Dünən Ermənistanda Paşinyanın xüsusi tapşırığı əsasında məhkəmə sədrləri hökumət nümayəndələri ilə görüş keçirib.
Azvision.az xəbər verir ki, erməni hüquqşünaslar belə bir toplantının, müstəqil hakimlərin hökumət binasına çağırılmasının qanunsuz olduğunu deyirlər.

“Görünən odur ki, toplantıya səbəb hakimlərin son zamanlar hökumətdən aldığı siyasi sifarişləri yerinə yetirməkdən imtina etməsidir. Paşinyan onları "ram etməyə" çalışır. Apelyasiya Məhkəməsinin sədri Vazgen Rştuni iclasda iştirak etməyib․ Onun "Artsax”ı (Qarabağ-red.) təhvil verən "xain"lə görüşdən imtina etdiyi bildirildi. Ancaq dünən Rştuni bizə nasaz olduğunu, koronavirus testindən keçdiyini və bu səbəbdən iclasda iştirak etmədiyini bildirib” - deyə erməni mediası yazıb.

Vazgen məlum toplantıda olmaq və iclasın nədən bəhs etdiyini, hansı söhbətlərin baş tutduğunu bilmək istədiyini dilə gətirib: “Görüşün məqsədindən xəbərsizəm və həmkarlarımla danışa bilmədim. İclas hakimlərin müstəqilliyinin artırılmasına aiddirsə, təbii ki, bunu müsbət hesab edərəm”.

O, həmçinin iki il yarım müddətində belə bir görüşün keçirildiyini xatırlamadığını deyib. Jurnalistlər hazırkı ağır situasiyada bu cür görüşün məqsədinin təcrübəli hakimə niyə aydın olmadığını soruşublar. O isə belə cavab verib: "Elə mən də buna görə deyirəm ki, iclasın hansı səbəbdən reallaşdırılmasını anlamaq üçün həmkarlarımla danışmalıyam".

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Siyasi-sifariş   Məhkəmə  





Xəbər lenti