Koçaryan yenidən məhkəmə qarşısına çıxarılır

Koçaryan yenidən məhkəmə qarşısına çıxarılır
  01 Dekabr 2020    Oxunub:2270
Bu gün İrəvan məhkəməsində Ermənistanın ikinci prezidenti Robert Koçaryanın yenidən işinə baxılacaq.
Azvision.az xəbər verir ki, bu barədə Koçaryanın vəkilləri məlumat verib. Proses hakim Anna Danibekyanın sədrliyi ilə aparılacaq.

Qeyd edək ki, eks-prezidentin işi üzrə məhkəmə iclasları sentyabrın sonundan bəri Qarabağdakı müharibə səbəbindən dayandırılmışdı.

Koçaryan 1 mart 2008-ci il tarixindəki etiraz aksiyalarının dağıdılmasına dair cinayət işi çərçivəsində konstitusiya quruluşunu devirməkdə günahlandırılır. Ona qarşı cinayət təqibi 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra başlayıb, eyni zamanda Koçaryan siyasətə qayıtdığını elan edib.

Keçmiş prezident ümumilikdə üç dəfə həbs edilib. 2020-ci ilin iyun ayında Apelyasiya Məhkəməsi onun girov müqabilində həbsdən azad edilməsinə qərar verib.

Koçaryan dəfələrlə ona qarşı açılan cinayət işinin tamamilə uydurma və siyasi təqib olduğunu bəyan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: məhkəmə  





Xəbər lenti