Dünyada koronavirusla bağlı son vəziyyət

Dünyada koronavirusla bağlı son vəziyyət
  01 Dekabr 2020    Oxunub:1347
Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 63 milyon 589 min 25 nəfərə çatıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 473 min 926 nəfərdir. İndiyədək 43 milyon 984 min 723 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti