Dilqəm Əsgərov Şuşa həbsxanasında “Əzrayil”ə şeir yazıb

  30 Noyabr 2020    Oxunub : 11497
 Dilqəm Əsgərov Şuşa həbsxanasında “Əzrayil”ə şeir yazıb
Kəlbəcər girovu Dilqəm Əsgərovun Şuşa həbsxanasında şeirlər dəftəri tapılıb.
Bu barədə Azvision.az -a girovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. O bildirib ki, atası həbsxanada şeirlər yazırmış:

"Atama Qızıl Xaç Komitəsinin vasitəsi ilə tarixi kitablar, dəftərlər göndərirdik. Bizim hərbçilər Şuşa həbsxanasında atamın şeir yazdığı dəftəri tapıblar. Bəzi vərəqlər cırılıb. Amma salamat qalan şeirləri də var. Əlimdə olan onun "Əzrayil"ə yazdığı şeirdir".



Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Şuşa həbsxanasında saxlanılan azərbaycanlı girovlar ikinci Qarabağ müharibəsi zamanı Ermənistana aparılıbar.

Azvision.az

Teqlər: Dilqəm-Əsgərov