Türkiyədə yoluxma sayı yarım milyonu keçdi

Türkiyədə yoluxma sayı yarım milyonu keçdi
  01 Dekabr 2020    Oxunub:1679
Türkiyədə son sutka ərzində 188 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 6514 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 13 746, virusa yoluxanlar isə 500 865 nəfərə çatıb.

Türkiyədə indiyədək 404 727 pasiyent (son sutkada 4485 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti