“Minlərlə əsgərimiz öldü, amma heç kim yas saxlamır” - Sarkisyanın kürəkəni
Minasyan deyib ki, Nikolun qəsdən bir gün belə matəm elan etməməsi başa düşüləndir. Çünki bu ölüm və itkilər onun üçün faciə deyil:
“Sonradan ictimai tələb olmadığı zaman niyə elan edəsiniz ki? Nikol yas tutmur. Biz niyə yas tutmuruq? Paşinyan hər şeyin tez unudulmasını istəyir. Bəs ölkə? Ölkədə "Cümə" endirimləri marafonu var, restoranlar və mağazalar işləyir. Bayrağımız heç bir yerdə endirilməyib. Ermənistanın heç bir səfirliyində yas kitabı açılmayıb. Bilirsiniz niyə? Yas tutmaq üçün əvvəlcə nə baş verdiyini anlamaq lazımdır. Baş nazir bunu anlamır. Çünki bu onun üçün siyasi mübarizədir. O dəlidir və faciəmizi başa düşə bilməz. Bəs ölkədə hər kəs Nikoldurmu? Hələ heç kim faciənin dərinliyini tam anlamayıb?”.
Sarkisyanın kürəkəni onu da vurğulayıb ki, xalqın bu gün yas tutmamasının bir səbəbi reallığı qəbul etmək istəməməsidir. İnsanlar reallıqdan qaçırlar. Baş verənləri anlamamağa, eyni ətalətlə yaşamağa, eyni tələyə düşməyə çalışırlar:
“Hökumət, prezident, parlament yas saxlamalı idi. Bu qurumlar mövcud deyil. Dövlət yoxdur. Yəni heç olmasa sadə insanlar bunu etməlidirlər. 2018-ci ilin aprelində xalq bayraqlarla küçələrə çıxdı, qələbə barədə ucadan qışqırdı, hakimiyyət dəyişikliyini milli tətilə çevirdi. Eyni üslubda yas tutmaq üçün həmrəy olun. Bütün Ermənistan üç gün, bir həftə və ya bir ay lent bağlamalıdır. Bu gün yas tutmaq istəmədiyiniz aydındır. Bu, hər kəsin məsuliyyəti deməkdir”.
Tural Tağıyev
Azvision.az