Ermənistanda etirazçılar hücuma məruz qaldı

Ermənistanda etirazçılar hücuma məruz qaldı
  30 Noyabr 2020    Oxunub:1955
Ermənistanda etiraz aksiyaları davam edir. Bir tərəfdə baş nazir Nikol Paşinyanın və ümumilikdə iqtidarın istefasını tələb edən xalq, digər tərəfdə itkin düşmüş hərbçilərin yaxınları hər gün mitinq keçirirlər.
Azvision.az xəbər verir ki, belə mitinqlərdən birində qalmaqal yaşanıb.

İslahatçı partiyasının üzvləri və bir qrup aktivist millət vəkili Koryun Mkrtıçyanın istefası tələbilə dinc aksiya keçiriblər. Amma aksiya zamanı şikayətçi vətəndaşlar hücuma məruz qalıblar. Naməlum şəxslərin hücum etdiyi aksiyaçılar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Tural Tağıyev
Azvision.az


Teqlər: Etiraz   Ermənistan   Xəsarət  





Xəbər lenti