Ermənilər Ağdamdan çıxarkən məscidi yandırıblar - FOTOLAR

 Ermənilər Ağdamdan çıxarkən məscidi yandırıblar -   FOTOLAR
  30 Noyabr 2020    Oxunub:2484
Mədəni, mənəvi və dini irsin vandalizmə məruz qalması anlaşılmaz və qəbuledilməzdir. Mən müxtəlif münaqişələr zamanı bunun şahidi olmuşam. Ötən bir neçə gündə Qarabağda qəbiristanlıqların dağıdıldığını, evlərin yandırıldığını və məscidlərin tövləyə çevrildiyini gördüm.
Azvision.az xəbər verir ki, bu sözləri məşhur fotoqraf Reza Deqati özünün “Facebook” səhifəsindəki paylaşımında bildirib.

Reza Deqati qeyd edib ki, Ağdam rayonunun Qiyaslı kəndində XVIII əsrə aid məscid işğalın davam etdiyi üç onillik ərzində inəkləri saxlamaq üçün istifadə olunub. İşğalçılar rayonu tərk etməmişdən əvvəl bacardıqlarını özləri ilə aparıb, məscidi isə yandırıblar.









Azvision.az


Teqlər: RezaDeqati  





Xəbər lenti