21 ildə 535 nəfər minaya düşərkən həlak olub

 21 ildə 535 nəfər minaya düşərkən həlak olub
  30 Noyabr 2020    Oxunub:1765
Əhalinin polis postlarından yayınaraq və ara yollardan istifadə etməklə işğaldan azad edilən ərazilərə daxil olması nəticəsində mina və partlamamış hərbi sursat təhlükəsinə məruz qalması riski çox yüksəkdir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

Q.Əhmədov bildirib ki, buna görə vətəndaşlar təhlükəsiz səfər imkanları yaradılana qədər işğaldan azad olunan ərazilərə səyahət etməkdən çəkinməlidirlər.

ANAMA direktorunun sözlərinə görə, 1999-2020-ci illər ərzində mina və partlamış hərbi sursat hadisəsi nəticəsində 535 nəfər həlak olub, 2418 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb: "ANAMA belə hadisələrin qarşısının alınması məqsədilə əhali arasında mütəmadi qaydada maarifləndirmə tədbirləri təşkil edir. İndiyədək Təhsil Nazirliyi ilə birlikdə 26 şəhər və rayondakı 1200 məktəbdə 3635 müəllim üçün 195 təlim keçirilib. Hər il orta məktəblərdə 55 min şagird partlayıcı sursat təhlükəsinə dair maarifləndirmə dərslərinə cəlb olunur. Bu dərslər indiyədək 765 min şagirdi əhatə edib".

Sentyabrın 27-dən noyabrın 9-dək davam etmiş ikinci Qarabağ müharibəsi zamanı ərazilərimizin bir hissəsinin partlamamış hərbi sursatla çirkləndirildiyini vurğulayan ANAMA-nın rəhbəri bildirib ki, bu da çoxlu sayda mülki əhalinin ölümünə və yaralanmasına səbəb olar bilər.

Azvision.az


Teqlər: ANAMA  





Xəbər lenti