“Suqovuşan yolu 2-3 günə minalardan tam təmizlənəcək” - ANAMA

 “Suqovuşan yolu 2-3 günə minalardan tam təmizlənəcək” -    ANAMA
  30 Noyabr 2020    Oxunub:2302
“İşğaldan azad olunmuş ərazilərdə humanitar dəhlizlər yaradılır”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov deyib.

O bildirib ki, artıq Tərtərlə Suqovuşanı birləşdirən yolun minalardan təmizlənməsi həyata keçirilir: “Bu yolun 10 kilometrindən 8 kilometri mina və partlamamış hərbi sursatlardan təmizlənib. Yaxın 2-3 gün ərzində yolun minalardan təmizlənməsi başa çatacaq və yolun bərpası aidiyyəti üzrə təhvil veriləcək”.

ANAMA-nın Operativ Qərargah rəisi qeyd edib ki, Ağdam-Əfətli yolu da minalardan təmizlənib: “3 gün ərzində 11 ədəd partlamamış hərbi sursat və mina aşkarlanıb, 7 km avtomobil yolu minalardan tamamilə təmizlənib”.

İ.İsmayılov nəzərə çatdırıb ki, Xudafərin körpüsü ətrafında 2 ədəd partlamamış hərbi sursat aşkarlanıb: “Yaşayış məntəqələrində, işğaldan azad olunmuş ərazilərdə humanitar dəhlizlərin yaradılması və əhali arasında maarifləndirmə işi aparılması yönündə çalışırıq”.

Azvision.az


Teqlər: ANAMA   İdris-İsmayılov  





Xəbər lenti