Koçaryanın ofisindən Paşinyana ironik cavab

  30 Noyabr 2020    Oxunub : 1263
Koçaryanın ofisindən Paşinyana ironik cavab
Ermənistanın ikinci prezidenti Robert Koçaryanın ofisi baş nazir Nikol Paşinyanın onların Moskvaya baş tutmayan səfərləri barədə açıqlamasına münasibət bildirib.
Azvision.az xəbər verir ki, ofisin rəhbəri Viktor Soqomonyan Paşinyanın açıqlaması ilə bağlı bir hekayəni xatırladığını vurğulayıb:

“Cavab verməməyi düşünürdüm. Amma Paşinyanın yazısı ilə əlaqədar bir hekayəni xatırladım. Bir nəfər dostundan soruşur: qonşumuzun lotereyada maşın qazandığı doğrudur? Cavab verir, demək olar ki, düzdür. Yalnız qonşusu deyil, qardaşı, lotereyada yox, kazinoda, maşın deyil, mənzil, ancaq o, udmayıb, qələbə qazanıb. Yalanlar və əvəzetmələr Nikola ayrılmazdır".

Xatırladaq ki, bu gün səhər saatlarında baş nazir Nikol Paşinyan Koçaryan və Ter-Petrosyanın Moskvaya baş tutmayan səfərləri barədə açıqlama verib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Koçaryan   Paşinyan