Xocalıda itkin düşmüş 16 yaşlı Cavan - VİDEO

   Xocalıda itkin düşmüş 16 yaşlı Cavan -    VİDEO
  30 Noyabr 2020    Oxunub:2626
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı növbəti videoçarxı təqdim edib.
İcmadan Azvision.az -a verilən məlumata görə, bu dəfə 1992-ci il 26 fevral tarixində Xocalı soyqırımı zamanı itkin düşmüş 16 yaşlı Orucov Cavan Canan oğlunun nakam həyatından bəhs olunur.

“Ötən əsrin 90-cı illərində baş vermiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində yüzlərlə qardaş və bacımız düşmənə əsir düşdü. Təəssüflər olsun ki, keçən müddət ərzində 4 minə yaxın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı Ermənistan tərəfi Azərbaycana heç bir məlumat təqdim etmədi”, - deyə bildirilib.





Azvision.az


Teqlər: Xocalı   Soyqırım   İtkin  





Xəbər lenti