Nazir qəzada ölən tələbələrdən yazdı

Nazir qəzada ölən tələbələrdən yazdı
  30 Noyabr 2020    Oxunub:1840
Təhsil naziri Emin Əmrullayev yol qəzasında həlak olan tələbələrlə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Azvision.az -ın məlumatına görə, nazir deyib ki, gecə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində koronaviruslu xəstələr üçün nəzərdə tutulan modul tipli xəstəxanada könüllü çalışan 3 tələbə həlak olub, 1 tələbəmiz isə ağır yaralanıb.

"Bu səhər çox üzücü bir xəbər aldıq. Gecə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində koronaviruslu xəstələr üçün nəzərdə tutulan modul tipli xəstəxanada könüllü çalışan 3 tələbəmiz həlak olub, 1 tələbəmiz isə ağır yaralanıb. Həlak olanlar Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsinin V kurs tələbəsi Sahil Mustafazadə, müalicə profilaktika fakültəsinin V kurs tələbəsi Tuncay Məmmədov və eyni fakültənin VI kurs tələbəsi Yeganə Məmmədovadır. Müalicə profilaktika fakültəsinin V kurs tələbəsi İlkin Ağamirzəyev isə hadisə nəticəsində ağır yaralanıb. Allahdan həlak olanlara rəhmət, yaralı tələbəmizə isə şəfa diləyirəm!", - deyə nazir qeyd edib.

Azvision.az


Teqlər: Təhsil   Nazir  





Xəbər lenti