“Çıxılmaz vəziyyətə düşdük, mən nə edə bilərdim?” - Paşinyan
Azvision.az xəbər verir ki, ikinci Qarabağ müharibəsindəki məğlubiyyət səbəbindən ittiham olunan baş nazir mövcud vəziyyətə aydınlıq gətirməyə çalışıb.
Paşinyanın sözlərinə görə, münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışsaydı, ondan qoşunların geri çəkilməsi üçün konkret cədvəl tələb olunacaqdı. O, buna razı olsaydı, yenə xain adlandırılacaq və müharibə yenidən başlayacaqdı...
"Beləliklə, 2018-ci ildən bəri Qarabağ məsələsi çıxılmaz vəziyyətə gəldi, yalnız bir çıxış yolu var idi - ərazilərin qeyd-şərtsiz təhvil verilməsi, həm də Azərbaycanın yeni tələblər irəli sürməyəcəyinə dair zəmanət olmadan. Bu, yeni bir müharibə riski demək idi".
Bundan əlavə, Paşinyan qeyd edib ki, əvvəldən müharibəni dayandırsaydı, yenə vəziyyət dəyişməyəcəkdi, yeddi rayondan imtina etməyə məcbur qalacaqdılar.
Azvision.az