Parisdə kütləvi iğtişaşlar başladı: Xəsarət alanlar var - (VİDEO)
Azvision.az xəbər verir ki, Respublika meydanından başlayan aksiyada 50 minə yaxın insan iştirak edib. Nümayişlər ölkənin bir çox şəhərlərində keçirilib.
Məlumata görə, 40-dan çox şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların arasında polislər də var.
Qeyd edək ki, “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinin 24-cü maddəsinə əsasən, xidmət zamanı polis və jandarma əməkdaşlarının görüntülərini lentə almaq qadağan edilir. Qadağanı pozan şəxslər üçün cərimə və ya bir il müddətinə həbs cəzası nəzərdə tutulub.
Etirazçıların fikrincə, yeni qadağa polis zorakılığının artmasına və mətbuat azadlığının məhdudlaşdırılmasına səbəb olacaq.
Azvision.az