Avropa İttifaqı iranlı alimin qətlini pislədi

  28 Noyabr 2020    Oxunub : 2127
Avropa İttifaqı iranlı alimin qətlini pislədi
Avropa İttifaqı (Aİ) İranın nüvə alimi, Müdafiə Nazirliyi nəzdində Araşdırmalar və İnnovasiya Təşkilatının rəhbəri Möhsün Fəxrizadənin qətlini pisləyib.
Azvision.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsinin mətbuat katibi Peter Stano bildirib.

“27 noyabrda İranda hökumət rəsmisi və bir neçə mülki şəxs hücum nəticəsində öldürüldü. Bu, Avropa İttifaqının dəstəklədiyi insan həyatının qorunması prinsipinə zidd olan cinayətdir. Ali nümayəndə Cosep Borrell qurbanların ailə üzvlərinə başsağlığı verdi və yaralananların tezliklə sağalmasını arzuladı. Belə qeyri-müəyyənlik dövründə heç kimin maraqlarına cavab verməyən gərginləşmənin qarşısını almaq üçün bütün tərəfləri sakit olmağa çağırırıq. İndi maksimum təmkinli olmaq daha vacibdir”.

Xatırladaq ki, noyabrın 27-də Tehranın şimal-şərqində yerləşən Absərd şəhərində M. Fəxrizadə qətlə yetirilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İran   Alim   Qətl