Bakı polisində bu vəzifə ləğv olundu

  28 Noyabr 2020    Oxunub : 2088
Bakı polisində bu vəzifə ləğv olundu
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti ləğv edilib.
Azvision.az -ın məlumatına görə, bu xidmət Daxili İşlər Nazirliyinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinə birləşdirilib.

Ləğv olunan Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri yeni vəzifəyə təyinat alıb. Belə ki, polis mayoru Elşad Hacıyev DİN Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin olunub.

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin "Polis" qəzetinin də fəaliyyəti dayandırılıb.

Azvision.az

Teqlər: BŞBPİ   Mətbuat-xidməti   Ləğv