Evini tərk edən COVID-19 xəstəsinə xəbərdarlıq edildi

Evini tərk edən COVID-19 xəstəsinə xəbərdarlıq edildi
  28 Noyabr 2020    Oxunub:1812
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Azvision.az -a məlumata görə, Xaçmaz rayon sakini Eldosi Quliyev COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, rayon ərazisində aşkar edilərək yaşadığı ünvana qaytarılıb.

COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırmalar aparılır.

Azvision.az



Teqlər: Xaçmaz  





Xəbər lenti